Bakı Final 2019-a xoş gəldiniz!

Avropa Liqasının final həyəcanını Bakıda yaşayın!

Final 2019-cu il mayın 29-da Azərbaycanda, Bakı Olimpiya Stadionunda, Mərkəzi Avropa Yay Vaxtı ilə saat 21:00-da keçiriləcək (yerli vaxtla saat 23:00)


Kateqoriya 1    
140 Avro (Mərkəz yer)
Kateqoriya 2    
90 Avro (Əsasən künc yerlər)
Kateqoriya 3    
50 Avro (Qapıların arxası)
Kateqoriya 4    
30 Avro (Yuxarı və aşağı səviyyələrdə qapının arxasında)
Əlillər üçün
30 Avro (1 əlil arabasından istifadə edən şəxs və 1 nəfər onu müşayiət edən)
Asan Giriş    
30 Avro (1 asan giriş biletinin sahibi və 1 nəfər onu müşayiət edən şəxs)
Gənclər üçün paket    
60 Avro 1 böyük və 1 uşaq (uşağın yaşı 14 yaşından az olmalıdır)

 

Siz eyni qiymət kateqoriyasına aid maksimum 4 bilet sifariş verə bilərsiniz cümə axşamı, 21 mart, Mərkəzi Avropa Vaxtı ilə saat 14:00-a kimi müraciət edə bilərsiniz. 

Biletlər yalnız ərizəçi və ya ərizəçinin qonağı(qonaqları) tərəfindən istifadə oluna bilər. Heç bir ad dəyişikliyinə yol verilmir.

Bütün biletlər mobil bilet qismində ayrılmış iOS/Android proqramına göndəriləcəkdir.

BÜTÜN MÜRACİƏTÇİLƏR MÜRACİƏTLƏRİNİN NƏTİCƏSİ BARƏDƏ CÜMƏ GÜNÜ, 5 APREL TARİXİNƏ QƏDƏR MƏLUMATLANDIRILACAQDIR.

 

Biznes oturacaqları üçün biletlər isə artıq satışdadır. Paketlərlə tanış olmaq üçün aşağıdakı keçidə daxil olun:

QONAQPƏRVƏRLİK

“Xəzərin mirvarisi”, küləklər şəhəri Bakını kəşf etmək UEFA Avropa Liqasının final  oyununu canlı izləmək qədər həyəcanlı və zövqlüdür. Dünənlə bu günün, qədimlə müasirliyin kəsişdiyi Bakını, tarixi-memarlıq abidələri, ecazkar arxitekturası ilə hər kəsi özünə valeh edən paytaxtımızı bizimlə kəşf edin!

Azərbaycanın regionları nə qədər rəngli və fərqlidirsə, süfrə mədəniyyətimiz də bir o qədər zəngin və təamlarımız hər kəsin damaq dadına uyğundur. Azərbaycandasınızsa, qonaqpərvərliyimiz sizi təəccübləndirəcək. Mütləq kimsə sizi evinə - süfrəsinə dəvət edəcək. Amma milli ləzzətlərimizə özünüzü qonaq etməyi də unutmayın. Yemək seçimində çətinlik çəkirsinizsə, o zaman milli mətbəximizi bizimlə kəşf edin!