Avropa Liqası Muzeyi

2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq məqsədilə 22 dekabr – 7 yanvar tarixləri arasında Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradıldı. Ürəyi futbolla döyünənlər və Avropa Liqası tarixinin unudulmaz anlarına toxunmaq istəyənlər 17 gün ərzində fəaliyyət göstərən muzeydən zövq aldılar.