Futbol üzrə kiber çempionat

Başlama tarixi: 25-26 Aprel, 2019

Məkan: Bakı Olimpiya Stadionu

Futbol üzrə kiber çempionat Azərbaycan Kiber İdman Federasiyasının dəstəyi ilə təşkil olunur.

Ağıldan iti, əldən cəld, vaxtında qərar verə bilən oyunçusunuzsa, o zaman futbol üzrə kiber çempionat sizin üşündür. Öz qaydalarınızla oynayıb, öz oyununuzu göstərmək və kiber oyunçular arasında çempionluğunuzu elan etmək istəyirsinizsə, aprelin 12-dən 22-dək qeydiyyatdan keçin. 25 və 26 apreldə futbol üzrə kiber çempionatda iştirak edin. 128 iştirakçı qeydiyyatdan keçdikdən sonra qeydiyyat pəncərəsi dərhal bağlanacaq.



ŞƏRTLƏR VƏ QAYDALAR

Başlama tarixi: 25-26 Aprel, 2019

Məkan: Bakı Olimpiya Stadionu

 

Qaydalar

Turnirdə iştirak etmək üçün yaş həddi: 16+

Oyunlar PlayStation 4-də oynanılacaq.

Çempionat FİFA19 oyunu üzrə keçiriləcək.

Çempionatda iştirak etmək üçün qeydiyyat pulsuzdur.

Turnir 128 nəfərin iştirakı ilə keçiriləcək.

Finalbaku2019.az/gamehunters saytında qeydiyyat başlandıqdan sonra qaydalara uyğun hər bir şəxs qeydiyyat prosesini keçə biləcək. Birinci 128 oyunçu çempionatda iştirak edəcək. Bu şəxslər e-poçt vasitəsi ilə ətraflı məlumat əldə edəcəklər.

Çempionat 2 gün davam edəcək. Birinci gün seçmə mərhələsi keçiriləcək, ikinci gün isə növbəti mərhələyə keçən 16 iştirakçı arasında yarış davam etdiriləcək.

Oyunlar “Olimpiya” sistemi ilə oynanılacaq.

Hər mərhələ 1 oyundan ibarətdir.

Qələbə qazanmış iştirakçı növbəti mərhələyə keçəcək.

Seçim yalnız Avropa Liqası klublardan ibarət ola bilər.

Hər bir iştirakçı turnir boyu özünə yalnız bir klub seçə bilər.

Çempionatda iştirak üçün seçəcəyiniz klubu qeydiyyat zamanı bildirməlisiniz və bu seçim çempionat boyu dəyişdirilə bilməz.

Ev sahibi və qonaq qismində oyuna başlamaq seçimi püşkatma ilə müəyyənləşdirilir.

Formal ev sahibi komandası forma seçimini birinci edir.

Şərtlər

Turnir zamanı oyunlar əvvəlcədən müəyyən olunan vaxtda başlayacaq.

Hər bir iştirakçının oyun vaxtı öncədən qeyd olunacaq.

Gecikən iştirakçıya maksimum 10 dəqiqə gözləmə müddəti verilir.

İştirakçı öz matçının başlama vaxtından 15-30 dəqiqə əvvəl oyun zalında olmalıdır.

Oyunda iştirak etmədiyi halda, iştirakçıya avtomatik olaraq 3-0 hesabı ilə texniki məğlubiyyət verilir.

Təşkilatçılar istənilən vaxt turnirin reqlamentini dəyişmək hüququna malikdirlər.

 

Qadağalar

Oyun zamanı sakitçiliyə riayət olunmalıdır.

Oyunun gedişatı zamanı iştirakçılara kənardan müdaxilə edilə bilməz.

Qeyri-etik və rəqibi alçaldıcı ifadələrdən istifadə etmək qadağandır.

Oyun zamanı oynayan iki iştirakçıdan biri digərinə psixoloji təzyiq göstərərsə, fiziki və ya hər hansı digər bir müdaxilə edərsə, həmin iştirakçı çempionatdan uzaqlaşdırılacaq.

 

Oyun sazlamaları

Oyun iki hissədən ibarətdir. Hər bir hissə 7 dəqiqə davam edir. Oyunun müddəti ümumilikdə 14 dəqiqə olacaq.

1/8 – 1/4 mərhələ: oyun iki hissədən ibarətdir. Hər bir hissə 10 dəqiqə davam edir. Oyunun müddəti ümumilikdə 20 dəqiqə olacaq.

Yarımfinal və Final oyunları: Üç oyun keçiriləcək. Oyun iki hissədən ibarətdir. Hər bir hissə 20 dəqiqə davam edir. Oyunun müddəti ümumilikdə 40 dəqiqə olacaq. 

Əgər oyun heç-heçə bitərsə, əlavə hissələr oynalınacaq. Əlavə hissələr də heç-heçə bitərsə, qalib müəyyən olunanadək 11 metrlik cərimə zərbələri vurulacaq.

Oyunun çətinliyi – Legendary

Stadion – Ev sahibi klubunun meydançası 

Hava – Yay fəsli, aydın hava

Oyunun sürəti – Standart

Oyunçu zədələnmələri – Aktiv

Oyunçu dəyişikliyi – 3

Heyətlər – Onlayn

Zədələr – Aktiv

Ofsayd – Aktiv

Öz sxemlərin – Deaktiv

Oyunçulara tapşırıq – İcazə verilir

Müdafiə – Taktiki

Oyun kamerası – TV

Sazlamalarda oyunçu gücləri ilə bağlı düzəlişlər etmək olmaz.

İdarəolunma (idarə cihazının) sazlamalarını istədiyiniz kimi dəyişmək mümkündür.

Öhdəliklərimiz

Bütün püşkatmalar və oyun prosesləri şəffaf şəkildə keçiriləcək.

Coystiklər və kompüterlərdə heç bir nasazılıq olmayacaq (qeyd: çempionatda öz coystiklərinizi istifadə edə bilərsiniz).